Azərbaycan qazının Avropaya çatdırılması üçün 45 mlrd. dollar vəsait ayrılması nəzərdə tutulub

Azərbaycan qazının Avropaya çatdırılması üçün 45 mlrd. dollar vəsait  ayrılması nəzərdə tutulub
# 06 iyun 2012 09:15 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu “BP-Azərbaycan” şirkətinin prezidenti Rəşid Cavanşir Bakıda keçirilən XIX Beynəlxalq «Xəzər neft, qaz, neftayırma və neft kimyası» (Caspian Oil and Gas) konfransında bildirib.

R. Cavanşirin sözlərinə görə, “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycandan Gürcüstan sərhədinədək görülən işlərə təxminən 25 mlrd. dollar vəsaitin yatırılması gözlənilir. Türkiyədən Avropaya qazın çatdırılmasına isə əlavə olaraq 15-20 mlrd. dollar lazım olacaq.

R. Cavanşir bildirib ki, “Şahdəniz-2” layihəsi çərçivəsində qazın illik hasilatı 16 mlrd. kubmetr təşkil edəcək. Şirkət rəhbəri “Şahdəniz-2” layihəsi üzrə sanksiyanın veriləcəyini də qeyd edib.

O, həmçinin bildirib ki, «Azəri-Çıraq-Günəşli» layihəsi çərçivəsində bu il may ayının 28-də neftin hasilatı 2 mlrd. barelə çatdırılıb: «Lakin potensial daha böyükdür».

R. Cavanşir Ceyhan limanından artıq 1800-ə yaxın tankerin yola salındığını qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR