İran Avropanın 20 neft şirkətini məhkəməyə verib

İran Avropanın 20 neft şirkətini məhkəməyə verib
# 06 iyun 2012 16:05 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran müqavilə şərtlərinə əməl etmədiklərinə görə Avropanın 20 neft şirkətini beynəlxalq məhkəməyə verib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın neft nazirinin müavini Əlirza Zeyğəmi açıqlama verib.

Onun sözlərinə görə, İranın neftayırma zavodlarını genişləndirmə layihələrində bəzi xarici şirkətlər öz öhdəliklərini yerinə yetirməyiblər: “Bəzi şirkətlər İranın xəbərdarlığından sonra səhvlərini düzəltsələr də, digərləri öz öhdəliklərini yerinə yetirməyiblər. Ümumilikdə, 40 şirkət müqavilənin şərtlərinə əməl etməmişdi. Ancaq xəbərdarlıqdan sonra onların yarısı öz səhvlərini düzəltdilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR