ARDNŞ-ın yeni binasının elektrik təchizatını təmin edəcək şirkətin adı açıqlanıb - FOTO

ARDNŞ-ın yeni binasının elektrik təchizatını təmin edəcək şirkətin adı açıqlanıb - <font color=red>FOTO</font>
# 07 iyun 2012 08:24 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni binasının elektrik təchizatını təmin edəcək şirkətin adı açıqlanıb.

APA-Economics”in Türkiyə mətbuatına istinadən xəbərinə görə, keçirilən tenderdə Türkiyənin bu sahədə tanınmış “AE Arma-Elektropanç” şirkəti qalib gəlib.

“AE Arma-Elektropanç” bu sahədə tanınmış şirkət olmaqla yanaşı, elektrik və informasiya-kommunikasiya sahəsində dünya şöhrətli “Imtech N.V.” şirkətinin ortağıdır.

Qeyd edək ki, 2010-cu ilin oktyabr ayında prezidenti İlham Əliyevin iştirakı ilə Bakının Heydər Əliyev prospektində ARDNŞ-ın yeni inzibati binasının təməlqoyma mərasimi keçirilib. Şirkətin müasir ofis binasının layihələndirilməsi ilə əlaqədar işlərə 2007-ci ildən başlanıb, bununla bağlı müsabiqə elan olunub, dünyanın, eləcə də Azərbaycanın bir sıra nüfuzlu şirkətlərinin təkliflərinə baxılıb. Müasirlik, funksional xüsusiyyətlərinin əlverişliliyi, paytaxtın arxitekturasına, habelə ARDNŞ-nin qoyduğu texniki şərtlərə uyğunluğu baxımından Cənubi Koreyanın “Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan “külək-alov” konsepsiyası daha cəlbedici hesab edilib. Layihələndirmə işlərinin həmin konsepsiya əsasında aparılması məqsədəuyğun sayılıb və 2007-ci ilin sentyabrında ARDNŞ ilə “Heerim Architects & Planners Co. Ltd” şirkəti arasında müvafiq müqavilə imzalanıb. 2010-cu ilin martında tikinti üzrə xidmətlərin göstərilməsi üçün açıq müsabiqə elan edilib və dünyanın səkkiz nüfuzlu tikinti şirkəti arasında Türkiyənin “TEKFEN İnşaat və Təchizat” şirkəti qalib gəlib və həmin şirkətlə ARDNŞ arasında müqavilə imzalanıb. Binanın inşasına müəllif nəzarətini və tikintinin idarəetmə işlərini “Heerim” şirkəti həyata keçirəcək. Layihə ilkin olaraq 235,4 mln. ABŞ dolları məbləğində dəyərləndirilir. 200 metr hündürlüyündə olacaq ofis binasının 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ümumilikdə 5 hektar sahəni əhatə edəcək. Burada 5 konfrans zalı, fitnes mərkəzi, eyni vaxtda 1243 nəfərin istifadə edə biləcəyi bir neçə yeməkxana fəaliyyət göstərəcək.

Binanın yeraltı mərtəbəsində 1045, yerüstü mərtəbəsində isə 240 avtomobili qəbul edə biləcək dayanacaqlar olacaq. Binanın ikinci mərtəbəsi fitnes mərkəzi, 3-6-cı və 18-37-ci mərtəbələri şirkətin struktur bölmələrinin ofisləri üçün nəzərdə tutulub. Binanın fasadının ümumi sahəsi 27 min kv. metr, zirzəminin sahəsi təxminən 52 min kv. metr, ofis hissəsinin sahəsi isə 40,5 min kv. metrdir. Layihənin sahəsi 100 min kvadrat metrdən artıqdır. Bina Rixter şkalasına görə 9 ballıq zəlzələyə davamlı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR