ARDNŞ-ın Türkiyəyə qoyduğu investisiyaların həcmi 2 mlrd. dolları ötüb

ARDNŞ-ın Türkiyəyə qoyduğu investisiyaların həcmi 2 mlrd. dolları ötüb
# 07 iyun 2012 09:56 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, bunu XIX Xəzər Neft-Qaz Konfransında çıxış edən ARDNŞ-ın iqtisadi məsələlər vitse-prezidenti Süleyman Qasımov bildirib.

Onun sözlərinə görə, bu vəsait TANAP kəməri istisna olmaqla nəzərdə tutulub: “TANAP-la birlikdə isə Azərbaycanın Türkiyənin energetika sahəsinə yatıracağı investisiyanın həcmi 17 mlrd. dollar təşkil edəcək”.

S.Qasımov qeyd edib ki, bu günədək ARDNŞ Türkiyəyə 2,040 mlrd. dollar yatırım qoyub. Bundan başqa, şirkət “Petkim”ə 1,76 mlrd. dollar, Türkiyədə inşa olunan “STAR” neft emalı zavoduna isə 5-5,5 mlrd. dollar vəsait yatıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR