ARDNŞ İsveçrədə 172 yanacaqdoldurma məntəqəsinə sahib olacaq

ARDNŞ İsveçrədə 172 yanacaqdoldurma məntəqəsinə sahib olacaq
# 07 iyun 2012 10:01 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, bunu XIX Xəzər Neft-Qaz Konfransında çıxış edən ARDNŞ-ın iqtisadi məsələlər vitse-prezidenti Süleyman Qasımov bildirib.

Onun sözlərinə görə, şirkət İsveçrədə “ESSO Schveiz” yanacaqdoldurma məntəqələri şəbəkəsinə 330 mln. İsveçrə frankı vəsait yatırıb. ARDNŞ-ın İsveçrədə 172 yanacaqdoldurma məntəqəsinə sahib olması planlaşdırılır.

Bundan başqa, şirkət Rumıniyada 13 ədəd yanacaqdoldurma məntəqəsinə 9,5 mln. dollar, Ukraynada isə 66 (23 işlək) yanacaqdoldurma məntəqəsinə və 3 yanacaq bazasına 160 mln. dollar ayırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR