“Şahdəniz” konsorsiumuna ITGI layihəsi üzrə yenilənmiş təklif verilib

“Şahdəniz” konsorsiumuna ITGI layihəsi üzrə yenilənmiş təklif verilib
# 07 iyun 2012 13:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. “ITGI - Poseydon” konsorsiumu “Şahdəniz” konsorsiumuna qazın bu marşrutla nəqlinə dair yenilənmiş təkliflər verib və “Şahdəniz” konsorsiumu bu təklifin baxılmasına razılıq verib. “APA-Economics”in məlumatına görə, bunu “ITGI - Poseydon” konsorsiumunun prezidenti Elio Rucceri bəyan edib.

Xatırladaq ki, uzunluğu 800 km olan ITGI (Interconnector Turkey-Greece-Italy) layihəsi Azərbaycan qazının Türkiyə-Yunanıstan-İtaliya marşrutu ilə nəqlini nəzərdə tutur. Kəmərin illik buraxılış gücünün 8-10 mlrd. kubmetr olması planlaşdırılır. Bir müddət əvvəl Azərbaycan tərəfi bu marşrutdan imtina etdiyini bəyan edib.

E.Ruceri isə bildirib ki, 2012-2013-cü illərdə layihə üzrə sanksiyaların verilməsi nəzərdə tutulur və tenderlərin elan edilməsi mərhələsi başlana bilər. Bundan sonra layihəyə heç bir protokol maneələrin olmadığını qeyd edən E.Ruceri bəyan edib ki, konsorsium tək “Şahdəniz” yatağı deyil, digər yataqlardan da hasil ediləcək qaz üçün nəzərdə tutula bilər. E.Rucerinin sözlərinə görə, Avropanın 2020-ci ildə qaza olan tələbatı ildə 150 mlrd. kubmetr təşkil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR