Artur Rasizadə yenidən Azərbaycan Dövlət Neft Fondu Müşahidə Şurasının sədri seçilib

Artur Rasizadə yenidən Azərbaycan Dövlət Neft Fondu Müşahidə Şurasının sədri seçilib
# 07 iyun 2012 13:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanın baş naziri, ARDNF Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2011-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-ın 2011-ci il büdcəsinin icrası, Fondun 2012-ci il büdcəsində əlavə və dəyişikliklər edilməsi məsələlərinə baxılıb.

Müşahidə Şurası ARDNF-ın icraçı direktorunun təqdim etdiyi Fondun 2011-ci ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2011-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Ernst and Young” şirkətinin) hesabatına baxaraq onları məqbul hesab edib və Fondun 2011-ci il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim etmək barədə qərar qəbul edib.

Müşahidə Şurası Fondun 2012-ci il büdcəsinə dəyişiklikləri məqbul hesab edib və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim olunmasını qərara alıb.

Baş nazir A.Rasizadə 2012-ci il üzrə ARDNF Müşahidə Şurasının sədri seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR