Metyu Brayza ARDNŞ-də işləyəcək

Metyu Brayza ARDNŞ-də işləyəcək
# 07 iyun 2012 14:28 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə şirkətin saytına açıqlamasında «Turcas Petrol» İdarə Heyətinin sədri Erdal Aksoy bildirib.

E.Aksoy deyib ki, «Turcas Petrol» şirkətinin İdarə Heyətinə 3 yeni üzv qəbul edilib. Bunlardan biri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzadır: «Yeni üzvlərimizdən biri yaxın regionlardakı yeni nəsil layihələrimizin həyata keçməsində, iqtisadiyyat və siyasətin bir-birinə bağlı olduğu bir mühitdə bizim işimizə mühüm töhfələr verəcəyinə inandığımız ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Metyu Brayzadır».

«Turcas Petrol»un rəhbəri qeyd edib ki, 2015-ci ilədək şirkətin əsas məqsədləri yerli və alternativ enerjiyə yatırımlar, enerji birjasının yaranması və burda şirkətin mühüm mövqe qazanması, qonşu ölkələrlə faydalı enerji layihələrini reallaşdırmaqdır.

Qeyd edək ki, “Turcas Petrol” və Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «Petkim» şirkətinin təsisçiləridir. Bir qədər əvvəl ARDNŞ “Turcas” şirkətinin səhmlərini alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR