May ayında BTC kəməri ilə nəql olunan Azərbaycan neftinin həcmi azalıb

May ayında BTC kəməri ilə nəql olunan Azərbaycan neftinin həcmi azalıb
# 08 iyun 2012 08:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin may ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2,802 mln. ton Azərbaycan nefti nəql olunub ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 0,9% azdır.
Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-may aylarında kəmərlə 13,042 mln. ton neft ötürülüb ki, bu da 2011-ci ilin müvafiq dövrü üzrə göstəricilərlə müqayisədə 8,2% az olub.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2012-ci il iyun ayının 1-ə qədər BTC-yə 188,823 mln. ton neft vurulub, bu da 2011-ci ilin iyun ayının 1-nə olan rəqəmlərlə müqayisədə 19,7% çox olub.
Bundan başqa, cari ilin may ayında BTC kəməri ilə 214,561 min ton Türkmənistan nefti nəql olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR