May ayında Ceyhan limanından dünya bazarlarına çıxarılan neftin həcmi azalıb

May ayında Ceyhan limanından dünya bazarlarına çıxarılan neftin həcmi azalıb
# 08 iyun 2012 09:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin may ayı ərzində 2,415 mln. ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 9% azdır.
Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, qeyd olunan həcmin 1,716 mln. tonunu (son bir ildə 9,97% azalıb) Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.
Cari ilin yanvar-may aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,6% azalaraq 12,494 mln. ton olub.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2012-ci il iyun ayının 1-ə qədər Ceyhan limanından 186,512 mln. ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR