Azərbaycanda maye qaz sahəsində fəaliyyət göstərən yeni şirkət yaradılıb

Azərbaycanda maye qaz sahəsində fəaliyyət göstərən yeni şirkət yaradılıb
# 08 iyun 2012 15:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda maye qaz sahəsində fəaliyyət göstərən yeni şirkət yaradılıb.

Azərbaycan Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin may ayında «Məişət Maye Qaz» QSC dövlət qeydiyyatından keçib.

Nizamnamə kapitalı 3 110 520 manat olan şirkətin qanuni təmsilçisi Rasim Ramiq oğlu Salmanov, təsisçilər isə «Femida» MMC və Rasim Ramiq oğlu Salmanovdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR