Kənd Təsərrüfatı Nazirliyində Avropa Parlamentinin və Almaniya Bundestaqının üzvləri ilə görüş keçirilib - FOTO

Kənd Təsərrüfatı Nazirliyində Avropa Parlamentinin və Almaniya Bundestaqının üzvləri ilə görüş keçirilib - <font color=red>FOTO   </font>
# 08 iyun 2012 15:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Avropa Parlamentinin nümayəndələri və Almaniya Bundestaqının üzvləri ilə görüşüb.

«APA-Economics»in məlumatına görə, görüşdə məqsəd Azərbaycanda kənd təsərrüfatı sahəsində imkanlarla tanış olmaq, Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərə dair həqiqətlər, qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat almaq olub.

İ.Abasov qonaqlara Azərbaycanda dayanıqlı iqtisadi sistemin formalaşdığını nəzərə çatdırıb. Nazir kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında 2004-cü ildə yaradılan «Aqrolizinq» ASC-nin xüsusi rolu olduğunu və cəmiyyət tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına 2005-2011-ci illər ərzində aqrar sahə üçün 11 398 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 1 000 ədəd taxılyığan kombayn, 3 600 ədəd traktor, xeyli sayda texnoloji avadanlıqlar, o cümlədən soyuducu kamera, süd zavodu, yem istehsalı zavodu, istixana və digər avadanlıqlar, mineral gübrələr və pestisidin alındığını, satıldığını və ya lizinqə verildiyini nəzərə çatdırıb. Hazırda dövlət büdcəsindən aqrar sahəyə bir neçə istiqamətdə subsidiyalar da verilir.

İ.Abasov əldə olunmuş nailiyyətlərlə yanaşı, Azərbaycanda kənd təsərrüfatının inkişaf potensialının tam şəkildə reallaşdırılmasına əngəl törədən başlıca amillərdən biri olan Azərbaycan ərazisinin 20%-nin Ermənistan tərəfindən işğal edildiyini və işğal nəticəsində Azərbaycanın ən məhsuldar kənd təsərrüfatı torpaqlarının itirildiyini diqqətə çatdırıb: «Bu işğal nəticəsində yaranmış sosial problemlər kənd təsərrüfatı sahəsinə bilavasitə təsir göstərir. Cəbhə boyu ərazilərdə yaşayan və əkin sahələrində işləyən azərbaycanlılar ermənilər tərəfindən daim atəşə məruz qalırlar”.

Avropa Parlamentinin nümayəndələri və Almaniya Bundestaqının üzvləri səmimi qəbula görə öz minnətdarlıqlarını bildirib və aqrar sahədə ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə əminliklərini vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR