Sumqayıt Kimya Sənaye Parkı dövlət qeydiyyatından keçib

Sumqayıt Kimya Sənaye Parkı dövlət qeydiyyatından keçib
# 08 iyun 2012 15:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda «Sumqayıt Kimya Sənaye Parkı» MMC dövlət qeydiyyatından keçib.

Azərbaycan Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, sözügedən şirkəti cari ilin may ayında dövlət qeydiyyatından keçib.

Nizamnamə kapitalı 500 min manat olan şirkətin qanuni təmsilçisi Zaur Ələkbər oğlu Məmmədov, təsisçisi isə Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR