Vladimir Putin Transxəzər qaz kəməri ilə bağlı Rusiyanın şərtini açıqlayıb

Vladimir Putin Transxəzər qaz kəməri ilə bağlı Rusiyanın şərtini açıqlayıb
# 08 iyun 2012 15:50 (UTC +04:00)
APA-Economics”in Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib.

İyunun 3-4-də keçirilmiş və sayca 29-cu olan Rusiya-Avropa Birliyi sammitinin yekunlarını şərh edən Y.Uşakov bildirib ki, Avropa Birliyinin Transxəzər qaz kəməri ilə bağlı israrlı mövqeyi V.Putini Xəzər ətrafında yaranmış hüquqi vəziyyəti ətraflı izah etməyə məcbur edib: “Xəzər dənizi ilə bağlı istənilən qərar yalnız Xəzəryanı beş ölkənin konsensusu əsasında qəbul edilməlidir. Əks halda, bu qərarlar qeyri-legitim olacaq. Avropa Birliyi bu məqamı nəzərə almaya bilməz”.

Xatırladaq ki, ötən il sentyabrın 7-də Avropa Birliyi Transxəzər layihəsi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparmaq üçün Avropa Komissiyasına mandat verib. Sentyabrın 13-də Rusiya XİN bəyanatla çıxış edərək bildirib ki, 5 Xəzəryanı ölkə Xəzərin statusunu müəyyənləşdirənə qədər Transxəzər layihəsinin həyata keçirilməsi mümkün deyil. Buna baxmayaraq, Avropa Komissiyası Azərbaycan və Türkmənistanla Transxəzər qaz boru kəmərinin hüquqi bazası üzrə danışıqlara başlayıb.

Transxəzər qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 mlrd. kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Layihənin dəyəri 7,9 mlrd. avro məbləğində qiymətləndirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR