Bolqarıstan ərazisindən keçəcək «Cənub axını» kəmərinin tikintisini Rusiya maliyyələşdirə bilər

Bolqarıstan ərazisindən keçəcək «Cənub axını» kəmərinin tikintisini Rusiya maliyyələşdirə bilər
# 09 iyun 2012 11:33 (UTC +04:00)
«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, kəmərin Bolqarıstan hissəsində «Qazprom» nə qədər vəsait xərcləyərsə, gələcəkdə bunun əvəzinə Rusiya Bolqarıstan ərazisi ilə ötürəcək qazın tranzitinə görə vəsait ödəməyəcək. Rusiya tərəfindən bu cür addımın atılmasının səbəbi kimi Bolqarıstanın kəmərin tikintisinə vəsaitin olmaması göstərilir.

Eyni zamanda, iyunun 4-də rəsmi Sofiya bildirib ki, kəmərin tikintisinə dair sazişi cari ilin noyabrın 15-dək imzalaya bilməyəcək. Bolqarıstan hökumətini onlara yanacağa 11,1% endirim təklif olunmasına baxmayaraq, layihənin bir neçə şərtləri qane etmir.

Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Delyan Dobrevin sözlərinə görə, Bolqarıstan layihə üzrə müqavilə imzalamağa hələ hazır deyil. Belə ki, Rusiya tərəfi sözügedən endirimin tətbiqindən öncə «Cənub axını»nın maliyyə modelinə dair yeni tələblər irəli sürüb.

Bolqarıstana həvalə edilən endirimin əvəzinə onlar layihə üzrə investisiya məsələlərinin Rusiya tərəfinin irəli sürdüyü vaxtadək imzalamalı idi. Hazırda isə Bolqarıstan hökuməti sazişdə digər parametrlərin üzə çıxdığın bildirir. Bu da sözügedən sənədin «asanlıqla» imzalanmasını ləngidir. Bəzi məlumatlara əsasən, bu parametrlər Rusiyanın Bolqarıstan ərazisi ilə qazın nəqlinin tariflərini endirmək istəyidir.

Qeyd edək ki, «Cənub axını» qaz kəmərinin tikintisinə 2012-ci ildə başlanmalıdır. Bolqarıstanın layihədən imtina etdiyi halda kəmər Rumıniya ərazisi ilə keçəcəyi bildirilir. Halbuki, bu marşrut bir qədər baha başa gəlir. İyunun 4-də həmçinin məlum olub ki, kəmərin tikintisi paralel olaraq iki xətt üzrə başlanacaq. Xətlərin hər birinin illik ötürmə gücü 15,5 mlrd. kubmetr təşkil edəcək. Ümumiyyətlə isə, «Cənub axını» 4 xətdən ibarət olacaq.

Xatırladaq ki, Rusiyanın «Cənub axını» layihəsinin dəyəri 10 mrd. avro, nəqletmə gücü ildə 63 mlrd. kubmetrdir. Kəmərin 2015-ci ildə işə salınması gözlənilir. «Cənub axını» Qara dənizin dibi ilə Rusiyadan Cənubi və Mərkəzi Avropaya qaz tədarükünü nəzərdə tutur. Layihənin əsas iştirakçıları Rusiyanın «Qazprom», Fransanın EdF, Almaniyanın BASF və İtaliyanın ENİ şirkətləridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR