Azərbaycan Türkiyəyə qaz nəqlini bərpa edib

Azərbaycan Türkiyəyə qaz nəqlini bərpa edib
# 11 iyun 2012 10:03 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «BP-Azerbaijan» şirkətindən məlumat verilib.

Şirkətdən bildiriblər ki, qazın nəqli iyunun 9-da bərpa edilib. Hazırda kəmərlə qazın nəqli adi rejimdə – gündə təqribən 12 mln. kubmetr olmaqla davam etdirilir.

Qeyd edək ki, Bakı-Tbilisi-Ərzurum kəməri ilə qazın nəqli mayın 30-da kəmərin Türkiyə hissəsində baş verən partlayışla əlaqədar, bu hissəni idarə edən «Botaş» şirkətinin xahişi ilə dayandırılmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR