Son 5 ildə Azərbaycanda əmtəəlik duz hasilatı 28% azalıb

Son 5 ildə Azərbaycanda əmtəəlik duz hasilatı 28% azalıb
# 11 iyun 2012 11:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 5 il ərzində Azərbaycanda hasil olunan əmtəəlik duzun həcmi 28,1% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2007-ci ildə ölkədə 7 126,3 ton duz hasil olunub ki, növbəti 2008-ci ildə əmtəəlik duzun hasilatı 5,6% artaraq 7 527 tona çatıb.

Buna baxmayaraq, növbəti illərdə Azərbaycanda duzun hasilatında azalma tendensiyası müşahidə olunub. Belə ki, 2009-cu ildə 5 465,8 ton, 2010-cu ildə 4 448,8 ton, 2011-ci ildə isə 5 123,6 ton əmtəəlik duz hasil olunub. Göründüyü kimi, son 5 il ərzində ölkədə duz hasilatı 28,1% azalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR