Azərbaycan neftinin qiyməti büdcədəki həddən aşağı düşüb

Azərbaycan neftinin qiyməti büdcədəki həddən aşağı düşüb
# 11 iyun 2012 13:07 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar Departamentindən «APA-Economics»ə verilən məlumata görə, iyunun 8-də keçirilən hərraclarda «Azeri Light» markalı neftin 1 bareli 2,49 dollar ucuzlaşaraq 99,54 dollara satılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl dövlət büdcəsinə edilən dəyişikliklərdən sonra büdcədə neftin baza qiyməti 80 dollardan 100 dollara qaldırılıb. Nəticədə, indi birjalarda neftin qiyməti büdcədəki həddən aşağıdır.

Bununla yanaşı qeyd edək ki, 2012-ci ilin ilk 5 ayında dünya bazarında Azərbaycan neftinin qiyməti büdcədə nəzərdə tutulandan yüksək olub. Yanvar-may aylarında «Azeri Light» markalı neftin orta qiyməti 120,11 dollar təşkil edib ki, bu da büdcədə neftin ilkin qiymətindən 40 dollar, korreksiya olunmuş qiymətdən isə 20 dollar yüksəkdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR