Mozambikdə nəhəng qaz yatağı aşkarlanıb

Mozambikdə nəhəng qaz yatağı aşkarlanıb
# 11 iyun 2012 14:10 (UTC +04:00)
Bakı – APA-Economics. ABŞ-ın “Anadarko Petroleum” neft-qaz şirkəti Mozambikdə qaz yatağı aşkarlayıb. “APA-Economics”in xəbərinə görə, bu barədə şirkətin yaydığı açıqlamada bildirilir.

Yatağın 850 mlrd. kubmetrə qədər ehtiyata malik olduğu proqnozlaşdırılır. Bu, Mozambikdə kəşf olunan ən böyük qaz yataqlarından biridir.

Qeyd edək ki, mart ayında İtaliyanın “Eni” şirkəti Mozambikdə 283 mlrd. kubmetr qaz ehtiyatına malik yataq kəşf edib. İndiyədək kəşf olunmuş yataqlar yaxın illərdə Mozambikin Afrikada qaz ixracatçısı olan ölkəyə çevriləcəyini proqnozlaşdırmağa əsas verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR