Azərbaycanın neft-qaz ehtiyatları 10 mlrd. ton həcmində qiymətləndirilir

Azərbaycanın neft-qaz ehtiyatları 10 mlrd. ton həcmində qiymətləndirilir
# 12 iyun 2012 10:19 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) I vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən «Böyük dərinliklərin karbohidrogen potensialı: gələcəyin enerji resursları – reallıq və proqnoz» adlı I Beynəlxalq Konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın proqnoz ehtiyatları 3,45 trln. kubmetr qaz və 2 mlrd. ton neft təşkil edir. Ölkənin ümumi qaz və neft ehtiyatları isə 10 mlrd. ton şərti yanacaq vahidi həcmində qiymətləndirilir.

X.Yusifzadə bildirib ki, 1996-2011-ci illərdə xarici şirkətlərlə birlikdə Azərbaycanda 34 quyu qazılıb, 159 min metr qazma işi yerinə yetirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR