Azərbaycan «Ümid-1» qaz yatağında hasilat quyusunu sentyabrda istifadəyə verəcək

Azərbaycan «Ümid-1» qaz yatağında hasilat quyusunu sentyabrda istifadəyə verəcək
# 12 iyun 2012 11:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Xəzərin Azərbaycan sektorunda yerləşən «Ümid-1» yatağında qazılmış 10 nömrəli quyu artıq perforasiya olunub və mənimsənilib. Quyudan 6600 atm təzyiqində və 10 mm diametri olan ştuser cihazla gün ərzində 1,2 mln. kubmetr qaz və 150 ton kondensat alınıb. APA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, hazırda quyu bağlıdır. Ayırıcı xətlərin salınmasından sonra bu ilin sentyabr ayında quyunun istifadəyə verilməsi planlaşdırılır.

ARDNŞ rəsmisi bildirib ki, 10 saylı quyuda qazma 2011-ci ilin iyul ayında başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR