Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1,4 milyonu ötüb

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1,4 milyonu ötüb
# 12 iyun 2012 15:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İyunun 1-nə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qazla fasiləsiz təchiz edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 410 231-ə çatıb ki, onlardan 1 392 875-i əhali, 17 356-sı isə qeyri-əhali abonentidir.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu abonentlərin 637 832-si Bakı şəhəri (628 647 əhali, 9 185 qeyri-əhali abonenti), 772 399-u isə regionların payına düşür (764 228 əhali, 8 171 qeyri-əhali). Ümumilikdə 1 408 068 abonent sayğaclaşdırılıb ki, bunların da 1 390 712-si əhali (99,8%), 17 356-sı qeyri-əhali (100%) istehlakçılarıdır. Bakı şəhəri üzrə 627 521 əhali abonenti (99,8%), 9 185 qeyri-əhali abonenti (100%), regionlar üzrə isə 763 191 əhali abonenti (99,9%) və 8 171 qeyri-əhali abonenti (100%) sayğaclaşdırılıb.

Ötən müddətdə əhali abonentlərinin mənzillərində 371 749 ədəd «smart-kart» tipli qaz sayğacları quraşdırılıb. Bunun 63 067-si GULF, qalanları isə İTRON sayğaclarıdır. İndiyədək şəhər və rayon mərkəzləri ilə yanaşı, 1 013 kənd və qəsəbə təbii qazla təmin edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR