Azərbaycanın neft sektorunda geriləmə 5%-ə düşüb

Azərbaycanın neft sektorunda geriləmə 5%-ə düşüb
# 13 iyun 2012 09:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın sənaye sahəsində 15 mlrd. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə qeyri-neft sektorunda 8,8% artım, neft sektorunda isə 5,1% azalma müşahidə olunub: «İstehsalın 77,5%-i mədənçıxarma, 17,1%-i emal, 4,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib».

Beş ay ərzində qeyri-neft bölməsinin məhsullarından qida, toxuculuq, rezin və plastmas məhsullarının, tikinti materiallarının, hazır metal məmulatların, elektrik enerjisinin, mebel, kompüter və digər elektron və elektrik avadanlıqlarının, nəqliyyat vasitələrinin, maşın və avadanlıqların və s. məhsulların istehsalında daha çox artım əldə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR