Azərbaycan əmtəəlik qaz hasilatını artırıb

Azərbaycan əmtəəlik qaz hasilatını artırıb
# 13 iyun 2012 14:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 7,4 mlrd. kubmetr əmtəəlik təbii qaz hasil edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanda hasil olunmuş əmtəəlik təbii qazın həcmi 8,8% artıb.

Ümumiyyətlə, Azərbaycanda 2015-ci ildə qaz hasilatı, yeraltı qaz laylarına vurulan qaz istisna olmaqla, yəni əmtəəlik qaz hasilatının 20 mlrd. kubmetrə çatacağı, 2025-ci ildə isə bu göstəricinin 40 mlrd. kubmetr təşkil edəcəyi gözlənilir.

Ölkədə ümumi qaz hasilatına gəldikdə isə, 2012-ci ildə Azərbaycanda qaz hasilatının 28,280 mlrd. kubmetrə, 2013-cü ildə – 29,220 mlrd. kubmetrə, 2014-cü ildə – 29,540 mlrd. kubmetrə çatacaq, 2015-ci ildə isə 2014-cü ilə nisbətən 0,8% azalaraq 29,310 mlrd. kubmetr təşkil edəcəyi proqnozlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR