«Azərikimya»da Qurtuluş günü münasibətilə bir sıra tədbirlər keçirilib

«Azərikimya»da Qurtuluş günü münasibətilə bir sıra tədbirlər keçirilib
# 14 iyun 2012 07:18 (UTC +04:00)
Bakı – APA-Economics. «Azərikimya» İstehsalat Birliyinin idarə və müəssisələrində 15 iyun - Qurtuluş günü ilə bağlı silsilə tədbirlər keçirilir.

İB-dən “APA-Economics”ə verilən məlumata görə, kimyaçıların iştirakı ilə birliyin Təmir-Tikinti İdarəsində keçirilən tədbirdə çıxış edənlər hələ 19 il əvvəl - 15 iyun 1993-cü ildə yenidən Azərbaycan rəhbərliyinə qayıdan Heydər Əliyevin böyük xilaskarlıq missiyasından minnətdarlıq hissi ilə danışaraq qeyd etmişlər ki, bu qayıdış xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin başlanğıcı olub. O, yenidən hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində durğunluq və tənəzzülə son qoyuldu, inkişaf və tərəqqiyə doğru inamlı addımlar atıldı.

Qeyd olunub ki, Heydər Əliyevin Azərbaycan kimya sənayesində müasir tələblərə cavab verən istehsalat sahələrinin yaradılması və yeni texnoloji xətlərin istismara verilməsində əvəzsiz xidmətləri olub. Tədbirin sonunda yığıncaq iştirakçıları adından Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanmış müraciət oxunub.

Bundan başqa, 15 iyun – Qurtuluş günü münasibətilə «Azərikimya»nın Etilen-polietilen, Üzvi sintez, Mexaniki təmir zavodlarından, «Kimyalayihə» İnstitutundan və digər kollektivlərdən olan gənclərinin böyük bir qrupu ərəfəsində Azərbaycan Dövlət İncəsənət Muzeyində xalqımızın çoxəsrlik mədəniyyət və incəsənət nümunələri ilə tanış olublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR