OPEC-in baş katibi Avropa Birliyini İrana qarşı neft sanksiyasını ləğv etməyə çağırıb

OPEC-in baş katibi Avropa Birliyini İrana qarşı neft sanksiyasını ləğv etməyə çağırıb
# 14 iyun 2012 10:40 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Vyanada Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) iki günlük toplantısı keçirilir.

APA-nın “Press TV”yə istinadən məlumatına görə, yığıncaqda çıxış edən qurumun baş katibi Abdullah Səlim əl-Bədri Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi neft sanksiyasını pisləyib: “İran OPEC-in qurucu üzvlərindən biridir və bu ölkənin neft hasilatında böyük bir payı var. Ona görə də Avropa Birliyi İrana qarşı planlaşdırdığı neft sanksiyasını ləğv etməlidir”.

Qeyd edək ki, Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin bu il yanvarın 23-də Brüsseldəki toplantıda qəbul etdiyi qərara əsasən, iyulun 1-dən etibarən İrandan neft idxalına sanksiya tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR