Venesuela neft ehtiyatlarının həcminə görə dünya liderinə çevrilib

Venesuela neft ehtiyatlarının həcminə görə dünya liderinə çevrilib
# 14 iyun 2012 14:52 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə BP şirkəti tərəfindən hazırlanmış “Dünya energetikasının statistik icmalı” (Statistical Review of World Energy) adlı illik hesabatda bildirilir.

Hesabatda qeyd olunur ki, 2011-ci ildə Venesuelanın neft ehtiyatları 296,5 mlrd. barel təşkil edib. Bu isə dünya neft ehtiyatlarının 18%-i deməkdir.

İkinci yerdə gələn Səudiyyə Ərəbistanının neft ehtiyatları ötən il 265,4 mlrd. barelə çatıb ki, bu da dünya neft ehtiyatlarının 16%-ni təşkil edir. Üçüncü yeri isə Kanada tutur - 175,2 mlrd. barel (11%).

Dünyanın ən böyük neft istehsalçısı olan Rusiya dünya neft ehtiyatlarının 5,3%-nə (88,2 mlrd. barel) malikdir. Dünyanın məcmu neft ehtiyatları isə ötən il 1,9% artaraq 1,65 trln. barelə çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR