ARDNŞ dövlət büdcəsinə ödənişləri artırıb

ARDNŞ dövlət büdcəsinə ödənişləri artırıb
# 14 iyun 2012 15:09 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2012-ci ilin may ayında dövlət büdcəsinə 107,637 mln. manat vəsait ödəyib. Bu, 2011-ci ilin may ayı ilə müqayisədə 13% çoxdur. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Ümumiyyətlə, 2012-ci ilin yanvar-may aylarında büdcəyə 551,064 mln. manat ödənib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,9% çoxdur.

Bundan əlavə, cari ilin may ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 12,950 mln. manat vəsait köçürülüb. Bu göstərici ötən ilin may ayına nisbətən 113,9% çox olub.

Ümumiyyətlə, 2012-ci ilin yanvar-may aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 64,366 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 21% çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR