Gələn həftədən Azərbaycanda Avro-3 standartı tətbiq ediləcək

Gələn həftədən Azərbaycanda Avro-3 standartı tətbiq ediləcək
# 18 iyun 2012 07:34 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, bu standart qrafikə uyğun olaraq mərhələ-mərhələ həyata keçiriləcək: “2015-ci ildən isə ölkədə Avro-4 standartının tətbiq edilməsi gözlənilir”.

R.Həsənov qeyd edib ki, Azərbaycanda Avro-4-ün tətbiq edilməsi hələlik tezdir: “Çünki Azərbaycanda neftayırma zavodları bu standartın tələblərinə cavab vermir. 2015-ci ilədək Azərbaycanda mövcud neftayırma zavodlarında yeni texnologiyalar tətbiq edilməlidir ki, Avro-4 standartı qəbul edilsin”.

SMPDK sədri Avro-3 standartının qəbul edilməsi ilə avtomobillərə qarşı tələblərin ciddiləşəcəyini də vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR