“Qazprom”un gəliri ötən il 23% artıb

“Qazprom”un gəliri ötən il 23% artıb
# 20 iyun 2012 13:26 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiyanın “Qazprom” şirkəti 2011-ci ildə xarici ölkələrə qaz satışından 57 mlrd. dollar gəlir əldə edib ki, bu da 2010-cu ilin göstəricisindən (44 mlrd. dollar) 23% çoxdur.

APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, ötən ilki göstərici şirkət rəhbərliyinin proqnozundan (60 mlrd. dollar) aşağı olub.

“Qazprom” ötən il uzaq xaricə 156,6 mlrd. kubmetr qaz satıb ki, bu da 2010-cu ilin göstəricisindən 5,7% çoxdur. Rusiya daxilində satılan qazın həcmi isə 1,2% artaraq 265,3 mlrd. kubmetr təşkil edib.

Keçmiş SSRİ ölkələrinə satılan qazın həcmi isə 16,4% artaraq 81,7 mlrd. kubmetrə çatıb. Nəticədə “Qazprom” 21 mlrd. dolar (+41,6%) gəlir əldə edib.

Şirkət rəhbərliyi bu il xarici ölkələrə 222 mlrd. kubmetr qaz satacağını və bundan 61 mlrd. dolar gəlir əldə edəcəyini proqnozlaşdırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR