Türkmənistan Bakı-Ceyhan kəməri ilə neftin nəqlini 39% artırıb

Türkmənistan Bakı-Ceyhan kəməri ilə neftin nəqlini 39% artırıb
# 20 iyun 2012 13:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 18,9 mln. ton neft nəql edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 5,5% azdır.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 76,5%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-may ayları ərzində bu kəmər vasitəsilə 14,4 mln. ton və ya ötən ilin ilk beş ayı ilə müqayisədə 5,2% az neft ötürülüb: «Bu dövrdə gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 1 384,7 min ton tranzit Türkmənistan nefti nəql edilib ki, bu da əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 38,5% çoxdur».

Bununla yanaşı, hesabat dövründə Azərbaycanın magistral qaz kəmərləri ilə 8,7 mlrd. kubmetr və ya əvvəlki ilin eyni dövrünə nisbətən 3% çox qaz nəql edilib: «Nəql edilmiş qazın 1/5 hissəsi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 1,8 mlrd. kubmetr qaz ötürülüb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR