«Neft Daşları» yatağında yeni quyu istismara verilib

«Neft Daşları» yatağında yeni quyu istismara verilib
# 22 iyun 2012 07:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Neft Daşları» yatağındakı 1887 nömrəli platformadan 2295 nömrəli quyu qazmadan sonra istismara verilib.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, «Neft Daşları» NQÇİ-nin sifarişi ilə «Bayıl Limanı» Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılmış quyu sutkalıq 30 ton neft hasilatı ilə fonda qəbul edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR