Azərbaycan Qırğızıstanda neft emalı zavodunun inşasında iştirak etməyə hazır olduğunu bəyan edib

Azərbaycan Qırğızıstanda neft emalı zavodunun inşasında iştirak etməyə hazır olduğunu bəyan edib
# 22 iyun 2012 13:19 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA-Economics. Qırğızıstanda neft emalı zavodunun inşasında Azərbaycanın iştirakı məsələsi bu ölkələrin baş nazir müavinləri Coomart Otorbayev və Yaqub Eyyubovun görüşündə müzakirə olunub.

APA-Economics”in xəbərinə görə, bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti açıqlama yayıb.

Görüş BMT-nin dayanıqlı inkişaf üzrə Rio-de-Janeyro (Braziliya) şəhərində keçirilən sammitində baş tutub. Azərbaycan tərəfi sözügedən layihəyə investisiya qoymağa hazır olduğunu, eləcə də Qırğızıstandakı digər iri infrastruktur layihələrində iştirak etməyə hazır olduğunu bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR