ARDNŞ yeni neft-kimya kompleksi üçün maliyyə məsləhətçisi seçir

ARDNŞ yeni neft-kimya kompleksi üçün maliyyə məsləhətçisi seçir
# 22 iyun 2012 13:56 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Bakı yaxınlığında tikiləcək yeni neft-kimya kompleksi layihəsi üçün maliyyə məsləhətçiləri cəlb etmək üçün işlərə başlayıb.

«APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl ARDNŞ bununla bağlı Avropanın əsas banklarına müraciət edib və onlarla Londonda görüş təşkil edib: «Görüş zamanı banklar öz tender təkliflərini təqdim edib. Bura «BNP-Paribas», «Societe Generale», «RBS», «Unicredit», eləcə də Rusiyanın VTB bankının iştirakı ilə alyans aiddir. ARDNŞ tender zərfini açıb və indi bu təkliflər qiymətləndirilir. Bankların verdiyi təkliflər genişdir və onlar diqqətlə öyrənilməlidir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR