Azərbaycan Dövlət Neft Şirkətinin aktivləri 17 mlrd. dollara çatıb

Azərbaycan Dövlət Neft Şirkətinin aktivləri 17 mlrd. dollara çatıb
# 22 iyun 2012 15:06 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) hazırda 13 ölkədə nümayəndəliyi fəaliyyət göstərir, məcmu aktivlərinin həcmi isə 17 mlrd. ABŞ dolları təşkil edir. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bu gün Xəzər-Avropa İşgüzar İnteqrasiya Klubunun üzvləri ilə keçirilən görüşdə bildirib.

Onun sözlərinə görə, ARDNŞ-in indiyədək cəlb etdiyi maliyyə vəsaitlərinin həcmi 2 mlrd. dollar təşkil edir ki, bu da aktivlərlə müqayisədə çox kiçikdir.

Vitse-prezident bildirib ki, hazırda ARDNŞ Gürcüstanda 96, Ukraynada 50, Rumıniyada 15 və İsveçrədə 75 yanacaqdoldurma məntəqəsinə sahibdir.

S.Qasımov ARDNŞ-in Türkiyədəki investisiya planlarını açıqlayaraq qeyd edib ki, şirkət qarşıdakı illərdə Türkiyədəki investisiya qoyuluşlarının həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir: «Bu yatırımlar «Star» neft emalı zavodunun, yeni elektrik stansiyasının, konteyner terminalının tikintisinə, eləcə də neft məhsullarının satışı şəbəkəsinin qurulmasına xərclənəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR