Taner Yıldız: “Türkiyə İrandan xam neft idxalını davam etdirəcək”

Taner Yıldız: “Türkiyə İrandan xam neft idxalını davam etdirəcək”
# 25 iyun 2012 07:10 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Türkiyə İrandan xam neft idxalını davam etdirəcək. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib.

Onun sözlərinə görə, İranla Türkiyə əlaqələri heç bir şəkildə Tehranla Avropa ölkələri arasındakı əlaqələrə bənzəmir. T.Yıldız deyib ki, Türkiyənin İrandan xam neft idxalı qanuni və hüquqidir: “Bizim İrandan neft idxalımız qanunlar çərçivəsində edilir. Özü də bundan sonra Tehrandan xam neft idxalında yerli pul vahidindən istifadə ediləcək”.

Qeyd edək ki, Türkiyə Avropa Birliyi ölkələri xarici işlər nazirlərinin bu il yanvarın 23-də Brüsseldəki toplantıda qəbul etdiyi qərara əsasən iyulun 1-dən etibarən İrandan neft idxalına qoyacağı qadağaya qoşulmayacağını açıqlayıb. Rəsmi Ankara ötən il İrandan gündəlik 694 min barel xam neft idxal edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR