BP şirkəti Meksika körfəzində neft-qaz hasilatını dayandırıb

BP şirkəti Meksika körfəzində neft-qaz hasilatını dayandırıb
# 25 iyun 2012 07:38 (UTC +04:00)
Bakı – APA-Economics. Böyük Britaniyanın BP şirkəti “Debbi” tropik qasırğası səbəbindən Meksika körfəzində neft-qaz hasilatını dayandırıb.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, qasırğa ABŞ-ın Luizianadan Floridaya qədər olan sahillərində leysanla müşayiət olunub.

BP şirkəti sözügedən ərazidən bütün işçilərini təxliyə edərək, neft-qaz hasilatını təhlükəsiz iş şəraiti bərpa olunana qədər dayandırdığını açıqlayıb. Analoji addımı “Anadarko Petroleum”, “Murphy Oil” və “BHP Biliton” şirkətləri də atıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR