Azərbaycanda bu il 526 km uzunluğunda qaz kəməri çəkilib

Azərbaycanda bu il 526 km uzunluğunda qaz kəməri çəkilib
# 25 iyun 2012 14:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu ilin yanvar-may aylarında 526,8 km uzunluğunda qaz kəməri çəkilib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bunun 22,4 km-i Bakı şəhərinin, 503 km-i regionların, 1,4 km isə magistral qaz kəmərlərinin payına düşür.

Ümumilikdə “Azəriqaz” İB-nin fəaliyyət göstərdiyi dövrdə quraşdırılmış yeni qaz kəmərlərinin uzunluğu 10 321,8 km-ə (o cümlədən Bakı şəhərində 612,2 km, regionlarda 9 541,1 km, magistral qaz kəmərləri üzrə 168,5 km) çatdırılıb.

Bundan başqa, “Azəriqaz” tərəfindən 2012-ci ilin 5 ayında ümumi uzunluğu 259,3 km qaz kəməri əsaslı təmir olunub. Təmir işləri Bakı şəhəri üzrə 103,7 km, regionlar üzrə 134 km, magistral qaz kəmərləri üzrə isə 21,6 km qaz xəttini əhatə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR