Azərbaycan Dövlət Neft Fondu TANAP-ın maliyyələşdirilməsində iştirak edə bilər

Azərbaycan Dövlət Neft Fondu TANAP-ın maliyyələşdirilməsində iştirak edə bilər
# 27 iyun 2012 07:13 (UTC +04:00)
Bu barədə «APA-Economics»in Türkiyəyə ezam olunmuş müxbirinə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) İnvestisiyalar İdarəsinin rəisi Vaqif Əliyev bildirib.

Onun sözlərinə görə, ARDNŞ bu layihənin maliyyələşdirilməsində Azərbaycanın daxili maliyyə imkanlarından da istifadə etməyi planlaşdırır, eyni zamanda onun maliyyələşdirilməsi üçün «layihə maliyyələşdirilməsi» formasından da istifadə oluna bilər. Maliyyənin hansı mənbələrdən cəlb olunması isə bu vəsaitlərin hansı şərtlərlə təklif olunmasından asılı olacaq.

«Ehtimal edirəm ki, Azərbaycan Dövlət Neft Fondu da bir sərmayəçi kimi bu layihəyə qoşulmağı çox ciddi şəkildə araşdıracaq və müsbət qərar qəbul olunduğu halda biz istərdik ki, Neft Fondu da burada iştirak etsin. Bu, effektivliyinə inandığımız və beynəlxalq layihələrdə olduğu kimi, illik gəlirliyi 10%-dən artıq olan bir layihədir. Və niyə də Dövlət Neft Fondu burada iştirak etməsin», - deyə ARDNŞ rəsmisi vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR