Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəqlinə dair müqaviləyə dəyişiklik ediləcək

Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəqlinə dair müqaviləyə dəyişiklik ediləcək
# 28 iyun 2012 12:19 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Bakıda Rusiya-Azərbaycan münasibətləri ilə bağlı keçirilən dəyirmi masada Azərbaycanın sənaye və energetika nazirinin müavini Natiq Abbasov və Rusiya Energetika Nazirliyi Beynəlxalq əməkdaşlıq Departamentinin direktor müavini Mixail Pleşkin bildiriblər.

«Ümid edirik ki, müqavilənin mətninə dəyişikliklərin edilməsi ilə bağlı aparılan danışıqlar artıq bu ilin sonunadək yekunlaşacaq», - deyə M.Pleşkin qeyd edib.

Rusiya Enerji Nazirliyinin rəsmisi vurğulayıb ki, dünya praktikasına əsasən, xam neftin daşınması ilə bağlı analoji müqavilələr imzalanan zaman sənəddə neftin daşınması tarifləri konkret göstərilmir. Bu tariflər əvvəlcədən nəzərdə tutulan xüsusi düsturlar vasitəsi ilə müəyyənləşdirilir və bazardakı vəziyyətə əsaslanır. Bu səbəbdən Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftinin daşınması ilə bağlı müqavilədə də vahid tarif anlayışının ləğv edilməsi planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR