Nazir müavini: “Azərbaycan Şimal-Cənub dəhlizi ilə bağlı bütün zəruri addımları atıb” - FOTOSESSİYA

APA-nın məlumatına görə, “İki ölkənin strateji tərəfdaşlığının möhkəmlənməsinə yönəlmiş birgə enerji layihələri” mövzusunda keçirilən dəyirmi masada iştirakçılar layihələrin inkişafı, enerji sahəsində perspektiv və nailiyyətlər məsələlərini müzakirə ediblər. Müzakirələrdə Azərbaycanın Sənaye və Energetika Nazirliyinin, Rusiyanın İqtisadi İnkişaf və Energetika nazirliklərinin, “İnter RAO EES”in nümayəndələri, Milli Məclisin deputatları, bir sıra KİV rəhbərləri iştirak ediblər.
Azərbaycan sənaye və energetika nazirinin müavini Natiq Abbasov ölkənin enerji sektorunun inkişafı haqqında məlumat verib. O qeyd edib ki, 2010-cu ildə Azərbaycan 50 mln. ton neft və 28 mlrd. kubmetr qaz hasil edib. 2020-2025-ci illərdə 50-55 mlrd. kubmetr qaz hasil edilməsi planlaşdırılır: “Azərbaycanın ümumi qaz ehtiyatları 2,6 trln. kubmetr, neft ehtiyatları 1,5 mlrd. ton təşkil edir. Bu isə o deməkdir ki, Azərbaycanın ən azı 50 illik neft və 100 illik qaz ehtiyatı var”.
Birgə enerji layihələrindən danışan N.Abbasov Şimal-Cənub (Rusiya-Azərbaycan-İran) dəhlizinin yaradılmasından söz açıb. Onun sözlərinə görə, bu layihənin taleyi hələlik qeyri-müəyyən olsa da, Azərbaycan öz tərəfindən bütün zəruri addımları atıb: “Xaçmaz və İmişlidə yeni yarımstansiyalar inşa olunub”.
Nazir müavini alternativ enerji mənbələrinə toxunaraq bildirib ki, bu sahənin inkişafı üçün müxtəlif dövlət proqramları həyata keçirilir. Buna misal olaraq o, Sumqayıtda Sənaye Texnologiyaları Parkının yaradıldığını göstərib.
Rusiya Energetika Nazirliyinin departament direktorunun müavini Mixail Pleşkin Azərbaycanın Şimal-Cənub dəhlizi layihəsindən böyük fayda götürə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, Rusiya tərəfi Azərbaycan və İrana layihə ilə bağlı təkliflərini göndərib: “Ümid edirik ki, yaxın vaxtlarda konkret işə keçmək mümkün olacaq”.
Trans-Xəzər qaz kəməri layihəsindən danışan N.Abbasov bildirib ki, Azərbaycan bu layihədə iştirak etməklə yalnız tranzit ölkə kimi öz potensialını artırır: “Bu layihə müstəqil siyasət yürüdən Azərbaycanın enerji bazarlarının sayını artıracaq. Biz burada öz texniki imkanlarımızı təqdim etməklə yalnız tranzit ölkə kimi iştirak edəcəyik. Eyni zamanda energetika sahəsində Rusiya ilə də əməkdaşlığımızı dərinləşdiririk. Çünki Rusiya bizim strateji tərəfdaşımızdır”.
Sənaye və energetika

Etilen-polietilen zavodu ərazisində baş verən hadisə ilə bağlı məlumat yayıb

Neft və kimya sahəsində yeni dövlət standartları qəbul edilib

Avropada təbii qazın qiyməti 410 dolları ötüb

Azərbaycan bu il 72 mln. dollarlıq neft məhsulları ixrac edib
Xəbər Lenti
İranda BƏƏ-yə aid neft tankeri saxlanılıb
“Qızıl Qübbə” HHM sistemi ABŞ-a 175 milyard dollara başa gələcək
Beynəlxalq Buker mükafatının qalibi hindistanlı yazıçı olub
Durov Rumıniya seçkilərinə xarici müdaxilə ilə bağlı ifadə verməyə hazırdır
Şüvəlanda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
Rubio Suriyanın ABŞ-ın terror siyahısından çıxarılmasını dəstəklədiyini deyib
Tramp: Kanada ABŞ-ın “Qızıl Qübbə” HHM sisteminə qoşulmaq istəyir
Əlcəzairdə İİB-nin ənənəvi illik toplantısının rəsmi açılış mərasimi keçirilib
Gəncədə qəza olub, 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb - FOTO
Samuxda 37 yaşlı kişi bıçaqlanıb
KİV: Tramp Qızıl Qübbə layihəsinə 25 milyard dollar ayıracaq
Bakı-Quba avtomagistralında baş vermiş qəzanın təfərrüatları məlum olub - FOTO - VİDEO - YENİLƏNİB 2
Lavrov İrəvana iki günlük səfərə gedib
Azərbaycan və Macarıstan liderləri mətbuata bəyanatla çıxış ediblər - YENİLƏNİB - 2
Bakıda avtobusun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs saxlanılıb - VİDEO
İsrail 93 yardım maşınının Qəzzaya daxil olduğunu bildirib
Rubio: Mərkəzi Asiya ölkələrini Azərbaycanla əlaqələndirəcək təbii qaz interkonnektorun inşası ABŞ-ın maraqlarına cavab verə bilər
İslam İnkişaf Bankının 13-cü Özəl Sektor forumu başlayıb
Aİ XİN rəhbərləri Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək qərarına gəlib
Sabirabadda 21 yaşlı oğlan 16 yaşlı qızı öldürərək Kürə atıb - YENİLƏNİB
Ağstafada 27 yaşlı kişi bıçaqlanıb
İİB-nin illik toplantısında 13-cü Özəl Sektor forumu başlayıb
Azad edilmiş ərazilərində İranla birgə keçirilən “Araz-2025” təlim davam edir - VİDEO
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
ABŞ dövlət katibi İranla nüvə danışıqlarının davam etdiriləcəyinə ümidlidir
Bakıda GlobE Network-un Altıncı Plenar İclası keçirilir - YENİLƏNİB-1
Ədliyyə orqanlarına inzibati vəzifəyə qəbul qaydası dəyişir
Rubio: Suriyanın keçid hakimiyyəti həftələr ərzində süqutla üzləşə bilər
Sahibə Qafarova İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb
Dövlət katibi: ABŞ Ukraynaya silah tədarükünü dayandırmayıb
Prezidentin iqlim məsələləri üzrə nümayəndəsinin hüquqi statusu müəyyənləşib
PA şöbə rəhbərinin müavinləri diplomatik pasport əldə edə biləcək
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
İsrail səfiri Britaniya XİN-ə çağırılıb
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verib
Cevdet Yılmaz: Azərbaycanla qardaşlıq və müttəfiqlik münasibətlərimizi daha da dərinləşdirəcəyik
Macar tədqiqatçı: Macarıstan-Azərbaycan münasibətləri qızıl dövrünə qədəm qoyub
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq genişləndirilir
Ağsu aşırımında yenidən torpaq sürüşməsi olub
Budapeştdə Prezident İlham Əliyevin Macarıstanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
“Qızların STEM-də yüksəlişi” proqramının qalibləri açıqlanıb
ATİAHİ 308 tələbəyə “Adlı təqaüd” təqdim edib
Şamaxıda 10 kq qızılı talayıb bataqlıqda gizlənən şəxslər tutulub - VİDEO
Elm və təhsil naziri Londonda gürcüstanlı həmkarı ilə görüşüb
Macar professor: Azərbaycanla Macarıstan arasında əlaqələr ən yüksək səviyyədədir
"Abzas Media" işi üzrə cəza istənilib