“Şahdəniz” konsorsiumu “Nabucco” layihəsini ikinci qaz ixracı variantı kimi təsdiqləyib

Şirkətdən verilən məlumata görə, Türkiyə-Bolqarıstan sərhədindən Baumqartenədək (Avstriya) bir marşrutu nəzərdə tutan «Nabucco West» layihəsi «Şahdəniz»in ikinci mərhələsi çərçivəsində hasil olunacaq qazın Mərkəzi Avropaya potensial ixracı üçün boru kəməri variantı kimi seçilib. «Şahdəniz» tərəfdaşlarının Bolqarıstan, Rumıniya və Macarıstanla əməkdaşlıqda tərtib etdikləri Cənubi-Şərqi Avropa Boru Kəməri (SEEP) layihəsinin işlənməsi isə dayandırılır.
«Bu qərar 2011-ci ildə ictimaiyyətə açıqlanmış seçim meyarları əsasında qəbul edilib. Xüsusən də «Nabucco West» layihəsinin daha yetkin olması konsorsiuma bu layihənin ikinci mərhələ ilə eyni vaxt çərçivəsində işlənib hazır ola biləcəyi əminliyini verib. Konsorsium indi həmin layihənin miqyası, texniki araşdırmaları və kommersiya təklifinin optimallaşdırılması məqsədilə «Nabucco West»lə əməkdaşlıq edəcək», - deyə «BP-Azerbaijan» şirkətindən bildirilib.
Eyni meyarlar əsasında konsorsium bu ilin fevral ayında Trans-Adriatik Boru Kəməri (TAP) layihəsini ikinci mərhələ çərçivəsində hasil olunacaq qazın İtaliyaya ixracı üçün potensial marşrut kimi seçib. Həmin qərardan keçən müddət ərzində «Şahdəniz» konsorsiumu TAP vasitəsilə birgə işləyərək, bu yaxınlarda həmin layihə ilə bir əməkdaşlıq sazişi bağlayıb.
Şirkətdən həmçinin bildirilib ki, «Şahdəniz» konsorsiumu seçilmiş hər iki boru kəmər variantının sahibləri ilə işləməkdə davam edəcək. «Şahdəniz» bu iki layihə arasında öz yekun seçim qərarını 2013-cü ilin ortaları üçün planlaşdırılmış ikinci mərhələ layihəsinin yekun sərmayə qərarından əvvəl verəcək, həmçinin həmin vaxtadək müvafiq qaz satışı sazişlərini də bağlayacaq.
Qeyd edək ki, 1999-cu ildə kəşf edilən “Şahdəniz” yatağı 1,2 trln. kubmetr qaz ehtiyatı ilə dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. O, Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. “Şahdəniz” yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 25 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. “Şahdəniz” yatağını özünün “Şahdəniz” üzrə Hasilatın Pay Bölgüsü Sazişindəki (HPBS) tərəfdaşları adından BP şirkəti işlədir. HPBS-in iştirakçıları BP (operator - 25,5%), “Statoil” (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), “LUKoil” (10%), “Naftiran Intertrade Co.” (10%), “Total” (10%) və “TPAO” (9%) şirkətləridir.
Sənaye və energetika
Xəbər Lenti
İndoneziyada köhnə sursatların utilizasiyası zamanı baş verən partlayışda 13 nəfər ölüb
Hindistanda saxta spirtli içkidən zəhərlənmə nəticəsində 14 nəfər ölüb
KİV: İran uranın dinc məqsədlərlə zənginləşdirilməsi üçün konsorsium yaratmağı təklif edib
Tramp: Pekinlə ticarət razılaşması Çin bazarının ABŞ biznesi üçün açılmasına imkan verəcək
İsrailin Qəzzanın şimalına endirdiyi zərbələr nəticəsində 45 nəfər ölüb
Meksikada 5,9 maqnitudada yeraltı təkanlar qeydə alınıb
Tramp ticarət sazişinə görə Si Tszinpinlə görüşə bilər
Yunanıstan sahillərində güclü zəlzələ baş verib
Uruqvayın keçmiş prezidenti Xose Muxika vəfat edib
Makron: Üçüncü prezidentlik müddəti haqqında düşünmürəm
Gəncədə gənc oğlanı avtomobil vurub
Azərbaycan təmsilçiləri “Avroviziya-2025”də mübarizəni dayandırıb
Merts: Ukrayna ilə bağlı əlavə kompromislər yolverilməzdir
Gəncədə güclü yağışdan sonra evləri su basıb - FOTO - VİDEO - YENİLƏNİB
Lənkəranda piyadanın ölümü ilə nəticələnən qəza baş verib - FOTO - VİDEO
Makron: Fransa Avropada nüvə silahı daşıyan təyyarələrin yerləşdirilməsini müzakirə etməyə hazırdır
Qəzzanın cənubuna endirilən zərbələr nəticəsində 28 nəfər həlak olub
Şalva Papuaşvili: Almaniya Gürcüstan hökumətini tanımayan qrupları maliyyələşdirir
“Avroviziya 2025” mahnı müsabiqəsi başlayıb
Sumqayıtda Beynəlxalq Ailə Günü ilə bağlı tədbir keçirilib - FOTO
Naxçıvanda iki minik maşını toqquşub, xəsarət alan var - FOTO
Gəncədə yaşayış evi yanıb
Naxçıvanda avtomobil 4 nəfəri vurub - FOTO
Tramp: Tehran razılaşmadan imtina etsə, ABŞ İranın neft ixracını sıfıra endirəcək
Daşkəsənə dolu yağıb
"Anatolian Phoenix - 2025" beynəlxalq təlimi başlayıb - FOTO - VİDEO
Tramp Suriyaya qarşı sanksiyaları ləğv etməyi planlaşdırır
Rütte: Rusiya-Ukrayna münaqişəsində sülh üçün real imkan pəncərəsi açılıb
2025-ci ilin I rübü ərzində partlayışlar zamanı 4 nəfər həlak olub
Bu ilin ilk rübündə yanğın hadisələri zamanı 16 nəfər həlak olub
Cari ilin ilk rübündə ölkədə 4154 təbii və texnogen mənşəli hadisə baş verib
ABŞ və Səudiyyə Ərəbistanı təxminən 142 milyard dollar dəyərində müdafiə sazişi imzalayıb
Sabirabadda bir ay əvvəl yanğında xəsarət alan 13 yaşlı qız ölüb
İranın Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi təyin edilib
Zelenski atəşkəs müddətində ABŞ-dan silah idxalının dondurulmasının müzakirə olunmadığını açıqlayıb
Zakir Həsənov Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşüb
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
Ruben Vardanyanın məhkəməsi davam etdirilib
Rusiya-Ukrayna danışıqları: Tərəflər İstanbul görüşündən nə gözləyir? -TƏHLİL
Prezident “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub - YENİLƏNİB
Gəncədə xəsarət alan 18 yaşlı oğlanın ölümü ilə bağlı cinayət işi açılıb- YENİLƏNİB-2
SSRİ bayrağı altında, sinəsində "Georgi lenti" ilə çıxış edən Saleh Səmədov Ağsaqqallar Şurasından çıxarılıb
NATO Baş katibi: Türkiyə sadiq müttəfiqdir
Zelenski: Putinlə Ankarada da, İstanbulda da görüşməyə hazıram
Azərbaycan-Türkiyə elm və təhsil sahəsində təcrübə mübadiləsini artırır
Netanyahu: İsrail ordusu yaxın günlərdə HAMAS-ı məhv etmək üçün tam güclə Qəzzaya girəcək
Qarabağ atları Britaniyada “Vindzor Kral Atçılıq Şousu”na qatılacaq
Maştağa və Bilgəhin bəzi yerlərində qaz olmayacaq
Müharibə əlilləri və şəhid ailələrinin mənzil təminatı 2030-cu ilədək davam etdiriləcək
Azərbaycanda əhali dörd ayda içki və siqaretə 900 mln. manatdan çox xərcləyib