ARDNŞ İsrailin neft-qaz yataqlarında kəşfiyyat işlərinə başlayıb

ARDNŞ İsrailin neft-qaz yataqlarında kəşfiyyat işlərinə başlayıb
# 29 iyun 2012 07:59 (UTC +04:00)
Bu barədə “APA-Economics”ə ARDNŞ-ın investisiyalar idarəsinin rəisi Vaqif Əliyev bildirib.

Onun sözlərinə görə, söhbət ARDNŞ strukturlarının burada podratçı və qazma şirkəti kimi iştirakından gedir: «ARDNŞ bu layihədə operatordur, amma bu işlər layihənin sahibi olan İsrail şirkətinin sifarişi ilə aparılır və Azərbaycan tərəfi bu layihələrə investisiya yatırmayacaq. Ona görə də heç bir risk daşımırıq və qazma işlərinin nəticəsinə görə riskləri İsrail tərəfi daşıyır».

Müqaviləyə əsasən, ARDNŞ-ın “Caspian Drillinq Company” şirkəti İsraildə iki kəşfiyyat quyusu qazmalıdır. Amma ikinci quyunun qazılıb-qazılmaması barədə qərar investorlardan asılı olacaq: «Birinci quyudan sonra onlar qərar verə bilər ki, iş dayandırılsın və ya əlavə quyular da qaza bilərlər». Görüləcək işin həcmindən asılı olaraq müqavilənin dəyəri 80 mln. dollardan artıq olacaq.

Artıq kəşfiyyat işləri üçün hazırlıq işləri başlayıb. Hazırda kəşfiyyat ərazisi öyrənilir, təchizat müqavilələri bağlanılır. Artıq qazma avadanlığının icarəsi ilə bağlı məsələlər həll edilib və sentyabrdan etibarən bilavasitə qazma işlərinə start veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR