Hüseyn Şəhristani: “Hörmüz boğazı bağlansa, neftin qiyməti 150 dollara qalxacaq”

Hüseyn Şəhristani: “Hörmüz boğazı bağlansa, neftin qiyməti 150 dollara qalxacaq”
# 30 iyun 2012 15:25 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranın Hörmüz boğazını bağlayacağı təqdirdə, neftin qiyməti 150 dollara qədər qalxacaq”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İraqın baş nazirinin müavini Hüseyn Şəhristani açıqlama verib.

O bildirib ki, neftin bir barelinin 100 dollar olması həm istehsalçı, həm də alıcı üçün uyğun bir qiymətdir: “Dünya bazarında neftin qiymətini proqnozlaşdırmaq çətindir. İranla Qərb arasında nüvə gərginliyi artarsa, neftin qiymətinin indiyədək görünməmiş qiymətlərə qədər yüksələcəyini gözləmək olar. Əgər Hörmüz boğazı bağlansa, neftin bir barelinin qiyməti 150 dollara qədər artacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR