ARDNŞ Ukraynada daha üç yanacaqdoldurma məntəqəsi açıb

ARDNŞ Ukraynada daha üç yanacaqdoldurma məntəqəsi açıb
# 04 avqust 2012 09:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economisc. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Ukraynada «SOCAR» brendi altında yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirir.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, şirkət 3 yanacaqdoldurma məntəqəsini Lvov vilayətində istismara verib.
Məntəqələrin biri Lvov şəhərində, ikisi isə bu vilayətin Yavorovsk rayonunun Malexiv və Javkovsk rayonunun Ryasno Russkoye kəndlərində yerləşir. Əvvəllər bu yanacaqdoldurma məntəqələri GFC brendi ilə işləyib, «SOCAR Energy Ukraine» MMC tərəfindən alındıqdan sonra isə rebrendinq işləri aparılıb. Məntəqələrdə Avro-4 və Avro-5 standartlarına uyğun ənənəvi A-95 və A-92 benzin növləri ilə yanaşı, Nano 95 və Nano dizel yanacaq növlərinin satışı həyata keçiriləcək. Məntəqələr ərazilərində internetə pulsuz «Wi-Fi» çıxış var, avtoyuma, təkərdoldurma və s. xidmətlər göstərilir. Məntəqələrin ərazilərində, həmçinin «Buta market» fəaliyyət göstərir. Burada hər bir sürücü və sərnişinə geniş ərzaq çeşidləri təklif olunur.

Qeyd edək ki, hazırda Ukraynada SOCAR brendi ilə fəaliyyət göstərən 30 yanacaqdoldurma məntəqələrinin 7-si Lvov vilayətindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR