Bakı və Abşeronun qaz şəbəkəsinin modernizasiya üzrə təqdimat keçirilib

Bakı və Abşeronun qaz şəbəkəsinin modernizasiya üzrə təqdimat keçirilib
# 31 avqust 2012 16:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Dövlət neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyində Bakı və Abşeron yarımadasında qaz təchizatı şəbəkəsinin modernizasiya və yenidən qurulması üzrə Almaniyanın “E.ON Ruhrgas” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış layihənin texniki-iqtisadi əsaslandırma (TİƏ) sənədinin təqdimatı keçirilib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev Bakı və Abşeron yarımadasında təbii qaz təchizatı şəbəkəsinin modernizasiya və yenidən qurulması məsələsinin ölkə iqtisadiyyatı və Abşeron yarımadasının sosial-iqtisadi inkişafı nöqteyi-nəzərindən mühüm yer tutduğunu qeyd edib.

Bildirilib ki, layihə Bakı və Abşeron yarımadasında qaz təchizatı şəbəkəsinin hazırkı gücünü artıraraq, əhali və iqtisadiyyatın gələcək inkişafı ilə əlaqədar 2030-cu ilədək yaranacaq tələbatın ödənilməsi, istehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi, qaz təsərrüfatı sisteminin etibarlılığının artırılması, təhlükəsizlik şərtlərinin Avropa standartlarına uyğunlaşdırılması və yüksəldilməsi, qaz itkisinin qarşısının alınması, tam və ya qismən avtomatlaşdırılmış sistemin layihələndirilməsi, monitorinq və nəzarət sisteminin beynəlxalq standartlar səviyyəsinə çatdırılması, istismar və sazlama konsepsiyasının ən müasir səviyyədə qurulması məqsədini daşıyır.

Təqdimatda texniki-iqtisadi əsaslandırmanın xülasəsi, nəticələri, eləcə də layihənin reallaşdırılması üçün müəyyən edilmiş mərhələlər əksini tapmış və slaydlar vasitəsilə nümayiş etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR