“Nabucco” Bolqarıstan bölməsi üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinin Təsdiqi Proseduruna başlayır

“Nabucco” Bolqarıstan bölməsi üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinin Təsdiqi Proseduruna başlayır
# 05 noyabr 2012 15:50 (UTC +04:00)
Bakı – APA-Economics. “Nabucco” konsorsiumu Bolqarıstan bölməsi üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinin Təsdiqi Proseduruna başlayır. Konsorsiumdan APA-ya verilən məlumata görə, bu gün ölkədə fəaliyyət göstərən “Nabucco” milli şirkəti «Nabucco» boru kəmərinin 422 km uzunluğunda Bolqarıstan bölməsinin rəsmi olaraq Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinin (ƏMTQ) təsdiqi mərhələsinə qədəm qoyduğunu bəyan edib. ƏMTQ proseduru ilə bağlı sənəd 31 oktyabr 2012-ci il tarixdə Bolqarıstanın Ekologiya Nazirliyinə təqdim olunub.

Cari ilin əvvəlində «Nabucco» dörd icazənin sonuncusunun iyun ayında verildiyi marşrutun Macarıstan bölməsi üzrə ƏMTQ icazəsinin verilməsi prosesinin başa çatdırıldığını açıqlayıb. «Nabucco» qaz boru kəməri “GmbH”in icraçı direktoru Reinhard Mirschek bunları söyləyib: ”Nabucco” Bolqarıstanda olduqca irəli gedib və biz komandanı layihənin bu növbəti mərhələsi münasibətilə təbrik edirik. «Nabucco» üzərinə milli və beynəlxalq standartlara uyğun ən yaxşı təcrübələrə riayət etmək, bütün maraqlı tərəflərlə birlikdə çalışmaq, qazı nəql etdiyimiz ölkələr üçün qarşılıqlı faydalı durumu yaratmaq kimi öhdəlik götürüb”.

Bolqarıstanın «Nabucco» milli şirkətinin icraçı direktoru Marii Kossev deyib: “Biz hökumət orqanları ilə son dərəcə yaxşı əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik. Onların rəylərini nəzərə almaq və ƏMTQ prosesində dövlət və digər maraqlı tərəflərlə birgə çalışmaq istəyirik. Enerji təchizatının əhatə dairəsinin genişləndirilməsi və Bolqarıstan istehlakçısı üçün seçim azadlığının təmin edilməsindən başqa «Nabucco» Bolqarıstanda yüzlərlə iş yeri açacaq, bir milyard avro dəyərində investisiya və vergini təmin edəcək və yeni biznes imkanları yaradacaq”.

ƏMTQ sənədlərinin təqdimatı Bolqarıstanda Ətraf Mühitə Təsirin Qiymətləndirilməsini əhatə edən hüquqi prosesin başlanğıcını göstərir. Səlahiyyətli orqanın təhlilindən sonra «Nabucco» verilən rəyləri bir yerə toplayacaq. Növbəti addım marşrut boyu ictimaiyyətlə məsləhətləşmələr aparmaqdan ibarət olacaq, bundan sonra son qərarın verilməsi üçün ərizə hökumət orqanlarına qaytarılacaq.

Xəzər hövzəsindən və Yaxın Şərqdən qazı Avropada 500 milyondan artıq potensial istehlakçıya çatdıracaq «Nabucco» kəməri Cənub Dəhlizində aparıcı layihədir. «Nabucco» konsorsiumu “Şahdəniz” II konsorsiumu və Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi ilə sıx əməkdaşlığı davam etdirir və onun yeni təchizat mənbələrinin əldə edilməsi üçün ən yaxşı həlli yollarını təklif etdiyinə və onların Avropanın iri istehlak bazarlarına çıxarılmasına inamlıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR