“Azərbaycanfilm” Dövlət Kinostudiyası əsaslı təmirdən sonra 2010-cu ildə fəaliyyətə başlayacaq

“Azərbaycanfilm” Dövlət Kinostudiyası əsaslı təmirdən sonra 2010-cu ildə fəaliyyətə başlayacaq
# 06 may 2008 14:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasının əsaslı təmiri, kadr siyasəti, dublyaj məsələsi, kinoprokatın və kinoteatrların bərpa olunması planlaşdırılır. Kinostudiyanın əsaslı təmiri ilə bağlı layihə bir ay ərzində hazır olacaq”. Bunu APA-ya Dövlət Kinostudiyasının direktoru Xamis Muradov deyib. X. Muradov layihənin Sankt-Peterburqun “Prolayn” İnstitutunda hazırlandığını deyib: “Əslində təmir işlərinə artıq başlanılıb, ancaq hələ yeni texnologiya gətirilməyib. Təmir və avadanlığın quraşdırılması eyni vaxtda həyata keçirilməlidir. Tikinti ilə bağlı layihələr respublika çərçivəsində hazırlanır. Kinostudiyaya texniki avadanlıq Böyük Britaniya, Almaniya, Fransa, Amerika və Yaponiyadan gətiriləcək”. X. Muradovun sözlərinə görə, əsaslı təmirdən sonra kinostudiyanın 2010-cu ildə fəaliyyətə başlaması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR