Dələduzluqda təqsirləndirilən şəxsə 9 illik həbs cəzası verilib

Dələduzluqda təqsirləndirilən şəxsə 9 illik həbs cəzası verilib
# 31 avqust 2016 14:39 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azər Sevindik oğlu Şıxverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA-nın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A. Şıxverdiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A. Şıxverdiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR