Nyu-York meri: “Baş verən partlayışları terror aktı kimi qiymətləndiririk”

Nyu-York meri: “Baş verən partlayışları terror aktı kimi qiymətləndiririk”
# 19 sentyabr 2016 20:11 (UTC +04:00)

Bakı-APA. ABŞ-da baş verən partlayışlar terror aktı kimi qiymətləndirilib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Nyu-York meri Bil De Blazio bəyan edib.

 

“Nyu-Yorkda və Nyu-Cersidə baş verən partlayışların terror aktı olduğu deməyə kifayət qədər əsas var”, deyə mer bildirib.

 

Sentyabrın 17-də Manhettenin qərb hissəsində baş verən partlayış nəticəsində 29 nəfər xəsarət alıb. Bir sutka sonra isə Nyu-Cersidə əldəqayırma bomba partlayıb. Hadisələrlə əlaqədar 28 yaşlı əfqan mənşəli Əhməd Xan Rəhimi saxlanılıb.

 

Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR